Ukraynadan İrana İTTİHAM – İstintaqın gedişatına mane oldular


Ukrayna İranı "Boeing 737-800" tipli təyyarənin qəzaya uğraması ilə başladılan istintaqa mane olmaqda ittiham edib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kiyev Ədliyyə Tibb İnstitutunun direktoru Aleksandr Ruvin məlumat yayıb. Onun sözlərinə görə, İran nümayəndələri tapılan təyyarə qəzasının olduğu bölgədə tapılan naməlum qalıqların üzərini örtərək, axtarışa mane olublar:
"Axtarış zamanı sərnişinlərin şəxsi əşyalarının üzərində raket zərbəsinin əlamətləri və dağıdıcı elementlərin izləri aşkarlanmışdı. Hadisə yerində olan İran nümayəndələri isə dağıntıların üzərini bir örtüklə örtərək, mobil telefonlardan istifadə etməyi qadağan ediblər. Növbəti gün isə Tehran rəsmi olaraq raket zərbəsi vurduğunu etiraf etdi. Bundan əlavə, iranlılar yerli vaxtla saat dördə qədər çalışırdılar, bu da araşdırmaq üçün olan vaxtı məhdudlaşdırırdı".
Qeyd edək ki, yanvarın 8-də Tehrandan Kiyevə uçuş həyata keçirməli olan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boeing-737-800” təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan İran, Ukrayna, Kanada, Almaniya, İsveç və Əfqanıstandan olan 167 sərnişin və 9 heyət üzvü həlak olub. Hadisədən bir neçə gün sonra rəsmi Tehran təyyarənin səhvən raketlə vurulduğunu etiraf edib.
İlahə Hüseynova
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top