Putin Ramzan Kadırova yeni vəzifə təklif etdi - İDDİA


Çeçenistan prezidenti Ramzan Kadırovun Rusiya prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi olacağı iddia edilir.
Yeniavaz.com argumenti.ru-ya istinadla xəbər verir ki, Putin Ramzan Kadırova Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsini təklif edib. Rusiya mətbuatında verilən məlumatlarda bildirilir ki, xəbərin dəqiqləşdirilməsi üçün Çeçenistan prezidentinin mətbuat katibi Əlvi Kərimovla əlaqə saxlamaq hələlik mümkün olmayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Kadırovun prezidentlik vəzifəsindən uzaqlaşdığı, onun vəzifəsini müvəqqəti olaraq Müslüm Xuçiyevin icra edəcəyi verdiyi xəbəri yayılmışdı. Buna səbəb olaraq isə Kadırovun tez-tez xəstələndiyi göstərilmişdi.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top