Ukraynanın da baş naziri istefa etdi


Ukrayna Baş naziri istefa etdi.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Baş naziri Aleksey Qonçaruk istefa edib. A.Qonçaruk istefasını hökumət iclaslarının audio yazılarının yayımlanması ilə əlaqələndirib və bunların qurma olduğunu bildirib. “Mən vəzifəyə prezidentin proqramını yerinə yetirmək üçün gəldim. O, mənim üçün açıqlıq və düzgünlük nümunəsidir. Ancaq Prezidentə hörmətimiz və güvənimizlə bağlı istefa məktubu yazdım”, -deyə A. Qonçaruk qeyd edib.
Məlumata görə, ölkə başçısı Vladimir Zelenski Baş nazirin istefası ilə bağlı məsələni düşünəcəyini bildirib.
Qeyd edək ki, Aleksey Qonçaruk Baş nazir vəzifəsinə 29 avqust 2019-cu ildə təyin olunmuşdu.

İlahə Hüseynova
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top