General Haftar atəşkəsə hazır olduğunu açıqladı


Liviyanın şərqini idarəsi altında saxlayan general Haftar atəşkəsə razı olduğunu bildirib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Almaniyanın Xarici İşlər naziri Hayko Mas Haftarın atəşkəsə hazır olduğunu deyib.
Mas həmçinin bildirib ki, general Haftar heç bir şərt tələb etmir.
Qeyd edək ki, bir neçə gün əvvəl Liviyada atəşkəsin təmin edilməsi barədə Moskvada keçirilən görüşdə Haftar onun qoyduğu şərtlərin qəbul edilməməsi səbəbilə razılaşmanı imzalamadan ölkəni tərk etmişdi.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top