Xamenei 8 ildən sonra yenidən bu addımı atacaq


İranın dini lideri Ayətullah Əli Xamenei 8 ildən sonra ilk dəfə insanlara cümə namazını qıldıracaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə İranın “Mehr” xəbər agentliyi məlumat yayıb.  
Məlumata görə, 80 yaşlı Ə.Xamenei cümə namazını Tehranın Musalla Məscidində qılacaq. Səlahiyyətli şəxslər bu hərəkətlə İran xalqının yenidən birlik və əzəmətini göstərəcəyini qeyd ediblər. 
Qeyd edək ki, Ə.Xamenei cümə namazını ən son 2012-ci ildə İnqilabın 33-cü ildönümü münasibəti ilə qıldırmışdı. 

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top