Dimitri Medvedev istefadan öncə büdcədən 127 milyard xərcləyib


Dimitri Medvedev vəzifəsindən istefa etməzdən öncən “Lider” atom buzqıran gəmisinin layihəsi üçün  büdcədən 127 milyard rubl (3,5 milyard AZN) ayrılması üçün  sərəncam imzalayıb.
Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, 120 MVt gücünə sahib gəmi dünyanın ən böyük buzqıran gəmisi olacaq və 2027-ci ildə təhvil veriləcəyi planlaşdırılır. 
Qeyd edək ki, Prezident Valdimir Putinin imzaladığı 15 yanvar tarixli sərəncama əsasən Dimitri Medvedev Baş nazir postundan azad edilib, onun yerinə isə Mixail Mişustin təyin olunub.
Daha sonra V.Putinin sərəncamı ilə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini vəzifəsi yaradılıb və Medvedev sözügedən posta rəhbər gətirilib.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top