Daha bir nəfər spirtli içkidən zəhərlənərək öldü


Bakıda naməlum kişi meyiti tapılıb.
Hadisə paytaxtın Qaradağ rayonunda qeydə alınıb.
Küçədə təxminən 55-65 yaşlarında kişi meyiti aşkar edilib.
Meyitin ilkin müayinəsi zamanı naməlum şəxsin qəbul etdiyi alkoqollu içkidən zəhərlənərək öldüyü məlum olub.
Meyitin kimliyinin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.(APA)

DİGƏR XƏBƏRLƏR

Top