Azərbaycanda bir ailənin beş üzvü zəhərləndi - Üçü uşaqdı


Saatlı rayonunda zəhərlənmə hadisəsi baş verib.
Yeniavaz.com report-a istinadən xəbər verir ki, hadisə rayonun Seyidlər kəndində qeydə alınıb.
Məlumata görə, Seyidlər kənd sakini,1974-cü il təvəllüdlü Məmmədov Əbülfəz Ağarza oğlu, onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Məmmədova Xuraman Xuda qızı, övladları, 2007-ci il təvəllüdlü Əli, 2009-cu il təvəllüdlü əkiz qardaşlar Vahid və Zahid zəhərlənmə ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Xəstəxanada həkimlər tərəfindən onlara ilkin tibbi yardım göstərilib. 
Tibb mərkəzindən verilən məlumata görə, ailə üzvlərinin vəziyyətləri stabildir.
Onlar göbələkdən zəhərləndiklərini bildirirlər.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top