İranın hücumu nəticəsində 11 ABŞ hərbçisi xəsarət alıb


Yanvarın 8-də İranın ABŞ bazalarına aviazərbələr endirməsi nəticəsində 11 ABŞ hərbçisi yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "RİA Novosti" ABŞ mətbuatına istinadla məlumat yayıb.
Bildirilib ki, həmin hərbçilər kəllə-beyin travması ilə müalicə və sonrakı müayinə üçün Almaniyada və Küveytdə yerləşən ABŞ-ın hərbi xəstəxanalarına yerləşdiriliblər.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp hücum nəticəsində xəsarət alanların olmadığını qeyd etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top