Suriyada partlayış törədilib, iki türk zabiti şəhid olub


Suriyanın şimal sərhədindəki Təl-Əbyad şəhərində avtomobilin partladılması nəticəsində 6 hərbçi həlak olub, 13 nəfər yaralanıb.
Hadisə Azad Suriya Ordusunun (ASO) qərargahı qarşısında baş verib.
Həlak olanlardan ikisi türk zabitidir, digərləri ASO-nun üzvləridir.
Qeyd edək ki, hadisənin baş verdiyi Təl-Əbyad şəhəri Türkiyənin oktyabr ayında başladığı “Barış pınarı” adlı antiterror əməliyyatı bölgəsində yerləşir. (report)
 

DİGƏR XƏBƏRLƏR

Top