Baş Nazirdən gömrüklə bağlı mühüm QƏRAR - Bu ilin sonunadək...

Gömrük sərhəd-keçid məntəqələrində gömrük orqanlarının vəzifəli şəxslərinin etik davranış qaydaları üzrə maarifləndirmə işləri aparılacaq.

Bu, Baş Nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidmətinə 2020-ci ilin sonunadək gömrük sərhəd-keçid məntəqələrində gömrük orqanlarının vəzifəli şəxslərinin etikdavranış qaydaları üzrə maarifləndirmə işlərinin aparılması tapşırılıb.

Eyni zamanda Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti 2020-ci ilin aprel ayınadək gömrük sərhəd keçid məntəqələri üzrə infrastrukturun yaxşılaşdırılmasına dair təkliflərini təqdim etməlidir.

DİGƏR XƏBƏRLƏR

Top