BDU-dan islam dinini təhqir edən müəllimə sərt cəza

Dünən Bakı Dövlət Universitetində imtahan zamanı  müəllim İslam dinini və Quranı təhqir edib.

Bu barədə universitetin III kurs tələbəsi Elnar Buludov sosial şəbəkədə məlumat paylaşıb.

Tarix kafedrasının müəllimi Rabil Süleymanlının imtahan zamanı islam dini və Qurani-Kərim haqqında təhqiramiz ifadələr işlətdiyini və onu “terrorçu” adlandırdığını qeyd edib.

Məsələ barədə BDU-nun mətbuat xidməti ilə əlaqə saxladıq.

Universitetin mətbuat katibi Pərvanə İbrahimova saytımıza açıqlamasında bildirib ki, müəllim auditoriyadan uzaqlaşdırılıb:

“Tarix kafedrasının müəllimi Rabil Süleymanlıya şiddətli töhmət verilib”. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top