Azərbaycanda qeyri-neft məhsullarının ixracı artır, yoxsa azalır? - RƏSMİ CAVAB


Yola saldığımız 2019-cu ildə Azərbaycandan xarici ölkələrə ixrac olunan xam neft, təbii qaz və neft məhsulları ümumi ixracın 89,86%-ni təşklil edib. 
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ixrac olunan xam neft ümumi ixracın 75,45%-nə, təbii qaz 12,05%-nə, neft məhsuları isə 2,36%-nə bərabər olub. 2018-ci illə müqayisədə neft, qaz və neft məhsulları ümumi ixracdakı payı azalsa da, əvvəlki illərllə müqayisədə artıb. Belə ki, 2018-ci ildə Azərbaycandan xarici ölkələrə ixrac olunan neft, qaz və neft məhsulları ümumi ixracın 91,17%-ni təşkil edib.
Onu da bildirək ki, əvvəlki illərin analoji dövürlərndə bu göstərici aşağıdakı kimi olub:
İllər Xam neft, təbii qaz və neft məhsulları ümumi ixracdakı payı
2019 89,86 %
2018 91,17 %
2017 88,62 %
2016 86,24 %
2015 85,95 %
2014 91,97 %
2013 92,41 %
2012 92,87 %

DİGƏR XƏBƏRLƏR

Top