Göygöldə narkotik satan və alan şəxslər saxlanıldı


Göygöldə narkotik satan və alan şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakinləri 38 yaşlı Baxşəli Mürsəqulov və 35 yaşlı Xəyal Əsgərov rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Onların üzərinə baxış keçirilən zaman B. Mürsəqulovun üzərindən 1 ədəd kağız bükümdə təmiz çəkisi 0.022 qram narkotik vasitə olan “heroin”, X. Əsgərovun üzərindən isə 1 ədəd kağız bükümdə təmiz çəkisi 0.076 qram narkotik vasitə olan “heroin” aşkar olunub.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərə narkotik vasitəni satanın həmyerliləri 50 yaşlı Mahir Məmmədovun olduğu müəyyən edilib.  RPŞ-də onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman 2 ədəd kağız bükümdə ümumi çəkisi 0.111 qram kustar üsulla hazırlanan psixotrop maddə hesab olunan “metamfetamin” və 1 ədəd kağız bükümdə təmiz çəkisi 0.791 qram kustar üsulla hazırlanan “heroin” aşkar olunaraq götürülüb.
İlkin dindirilmə zamanı M. Məmmədov narkotik vasitələri satmaq məqsədi Rəşad adlı Gəncə şəhər sakinindən aldığını bildirib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 34 yaşlı Rəşad Hüseynov Gəncə şəhərində saxlanılaraq Göygöl rayon Polis Şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 4 ədəd sellofan bükümdə ümumi çəkisi 3.458 qram vasitə olan “heroin” aşkar olunub. R. Hüseynova məxsus “NİVA” markalı avtomobildən isə ümumilikdə 299 ədəd müxtəlif adda narkotik vasitə hesab edilən dərman həbləri, 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0.822 qram narkotik vasitə olan “heroin” və 3 ədəd sellofan bükümdə ümumi çəkisi 1.168qram psixotrop maddə hesab edilən “metamfetamin” aşkar olunub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top