Bakıda bu ünvanların sakinləri ilə İcra Hakimiyyəti arasında kompensasiya mübahisəsi var - RƏSMİ


Bakımız gün-gündən gözəlləşir, inkişaf edir. Yeni binalar tikilir, parklar salınır, məhəllələr təmir olunur.

Bir sıra yerlərdə köhnə, qəzalı, şəraitsiz evlər köçürülür, dar və yöndəmsiz küçələr geniş prospektlərlə əvəzlənir. Bir sözlə, paytaxt abadlaşır, yeniləşir.

Artıq xeyli vaxtdır ki, keçmiş Sovetski adlanan ərazidə köçürmə işləri aparılır. 19-cu əsrin sonlarında tikilən, qəzalı vəziyyətə düşmüş köhnə evlərin sakinləri mərhələli şəkildə köçürülür, ərazi abadlaşdırılır.

Lakin burada, xüsusilə də Təzə pir məscidinin yaxınlığında bəzi evlər var ki, hələ indiyə qədər köçürülməyib. Həmin ərazidən keçəndə çox acınacaqlı mənzərə görünür.

Ayrı-ayrı yerlərdə söküntülər arasındakı evlər müharibə dövründəki xarabalıqları xatırladır.

Bu ərazidəki M.Sübhü, Vidadi, Tolstoy, Z.Adıgözəlov, A.Şaiq küçələri palçığın içindədir, piyadaları demirəm, heç maşınla keçmək mümkün deyil. Allahın evinə getməyə vətəndaşlar əziyyət çəkirlər.

Bakı şəhər İcra Hakimiyyətindən bildirilir ki, bunun səbəbi isə çox sadədir. Ərazidə qalmış evlərin sahiblərinin verilən kompensasiyalar və əlavə ödənişlərlə razılaşmaması, yalnız öz maddi maraqlarını güdərək qəzalı, köhnə daxmaların əvəzinə ağlasığmaz məbləğlər tələb etmələridir.

Böyük bir ərazidə abadlıq-quruculuq işlərinin aparılması, küçələrin yenilənməsi, yaxınlıqdakı binalarda yaşayanların təmizliyə çıxmasına mane olan isə 10-15 nəfərin pul hərisliyi, öz maddi vəziyyətlərinin dövlət hesabına daha da yaxşılaşdırılması cəhdləridir.

Nəyə görə bu insanların hərisliyinə görə minlərlə insan əziyyət çəkməlidir?

Dövlər qurumları niyə məsələlərə müdaxilə etmirlər? Nə vaxta kimi bu davam edəcəkdir?

Bu suallara cavabı dövlət qurumları verməlidirlər. (Baku.ws)

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top