Xoşqədəm Hidayətqızı Nərminin anasının ev istəməsindən DANIŞDI: "Hər kəsi qıcıqlandırır..."


Ötən gün Tovuzda yandırılaraq qətlə yetirilən 10 yaşlı Nərminin anasının dövlət başçısına müraciət edərək Bakıdan ev istəməsi söz-söhbəti sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olunmuşdu.
Yeniavaz.com xəbər verir ki, aparıcı Xoşqədəm Hidayətqızı da məsələ ilə bağlı sosial şəbəkədə paylaşım edərək Nərminin anasının belə istəyinin hər kəsi qıcıqlandırdığını bildirib:
"Nərminin anası... Övladını itirmiş bir qadın... Dünən bir açıqlama verib, qızının öldürüldüyü kənddə yaşaya bilmədiyini, başqa bir yerdə ev istədiyini deyib. Onun bu istəyi barədə nəsə deməyəcəm. Siz də mənim fikrimi heç soruşmayın. Mən başqa tərəfdən məsələyə yanaşmaq, toxunmaq istəyirəm. Dünəndən medianı izləyirəm ve dəhşətə gəlirəm. Bu qadını söyən kim, öldürən kim, təhqir, ittiham... Başa düşürəm böyük bir dəhşətlə öldürülən 10 yaşlı Nərminin anasının belə bir istəyi hər kəsi qıcıqlandırır, haqlı suallar ortaya çıxır, amma nəzərə alın ki, o, bir anadır, bəlkə bu dəqiqə nə düşündüyünü, nə dediyini belə o acının təsiriylə deyir".
X.Hidayətqızı eyni zamanda, günahı onun ətrafındakı olan insanlarda gördüyünü qeyd edib:
"Bəli, onun yanında olan insanlar ona diqqət ayırmalı, davranışına, deyəcəyi sözü və nəticələrini ona anlatmalıdırlar. Çünki indiki durumda bu qadına mənəvi dəstək lazımdır. Təəssüf ki, bunu etmədilər və bu da nəticə... Nəticədə o, bir anadır və kimsə onun balasını ondan çox istəyə bilməz. Necə görünməsindən asılı olmayaraq... Bir az mərhəmət, özünü qarşındakının yerinə qoymaq lazımdır, bəlkə acının təsiri ilə bu sözü deyir, düşünmək olmazmı?! Peyğəmbərimiz deyir ki, mərhəmət etməyənə, mərhəmət edilməz".
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top