DİN qadının evindən oğurluq edilməsi ilə bağlı məlumatlara aydınlıq gətirdi


2019-cu ilin sentyabr ayında Mingəçevir ŞPŞ-nə ərizə ilə müraciət edən Səidə Qurbanova yaşadığı mənzildən əşyalarının qardaşı tərəfindən oğurlandığını bildirib.
Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində aparılan araşdırma zamanı həmin evdə olan əşyalar S.Qurbanovanın qardaşı və anası tərəfindən Bərdə rayonunda yaşayan qohumlarının evinə aparıldığı, əmlak üstündə həmin şəxslərin ailəsində münaqişə olduğu müəyyən olunub.  Qardaşı isə onları oğurlamadığını, əşyaların anasına məxsus olduğunu iddia edib.Tərəflərə əmlakın bölgüsünün müəyyən olunması ilə bağlı məhkəməyə müraciət etmələri barədə hüquqları izah edilib.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top