Azərbaycanda bu idarənin rəisi vəfat etdi


Qaradağ Rayon Qaz İstismar İdarəsinin rəisi Tağı Abbasov vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Şamxal Adıgözəlov özünün feyzbuk profilində yazıb:
"Jurnalist, dostumuz Hafiz Hüseynoğlunun əmisi oğlu Tağı Abbasov rəhmətə gedib. Qaradağ rayon Qaz İstismar idarəsinin rəisi işləyən T. Abbasov səhhətində yaranan problemlə bağlı bir neçə gündür xəstəxanaya yerləşdirilsə də həkimlər onun həyatını xilas edə bilməyib. Hafiz qardaşımıza baş sağlığı verib, doğmalarına səbr diləyirəm. Allah rəhmət eləsin, qəbri nurla dolsun".
 

DİGƏR XƏBƏRLƏR

Top