Dimitri Medvedev istefa xəbərini belə verdi – VİDEO


Xəbər verdiyimiz kimi Rusiya hökuməti ötən gün istefa edib.
Yeniavaz.com
xəbər verir ki, Dimitri Medvedev komandası ilə birlikdə istefa getdiyini belə açıqlayıb:
"Bu dəyişikliklər qəbul olunduqda , çox güman ki,  konstitusiyanın bir sıra maddələrində deyil, bütövlükdə hakimiyyətin güc balansında da əhəmiyyətli dəyişikliklər olacaq. Dövlət başçısının təklif etdiyi hökumətdəki dəyişikliyi nəzərə alaraq, Nazirlər Kabineti  prezidentimizin lazımi qərar qəbul etməsinə  şərait yaratmalıdır.  Rusiya federasiyasının Konstitusiyasının 117-ci maddəsinə uyğun olaraq hökumət istefa verəcək”.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin D.Medvedevin Təhlükəsizlik Şurası sədrinin müavini vəzifəsini təsis edə biləcəyini açıqlayıb.



İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top