Ukrayna təyyarə qəzasında ölənlərin cəsədlərini bu tarixdə təhvil alacaq


İranda təyyarə qəzasında həlak olan Ukrayna vətəndaşlarının cəsədi 19 yanvar tarixində təhvil veriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik və Müdafiə Şurası məlumat yayıb.
Məlumata görə, qəzada həlak olan Ukrayna vətəndaşlarının şəxsiyyətləri hələ ki, tam olaraq məlum olmayıb.
Bildirilib ki, ölənlərin şəxsiyyətləri 19 yanvar tarixinə qədər məlum olacaq. 
Qeyd edək ki, ötən gün Ukrayna prezidenti Vladimir Zelenski qəzada həlak olanların ailələri ilə görüşərək, 4 nəfərin şəxsiyyətinin məlum olduğunu bildirmişdi. 
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top