Bu ölkə tarixində ilk: Kişi nazir atalıq məzuniyyətinə çıxdı - FOTO


Yaponiyanın yüksək vəzifəli kişi məmuru - ətraf mühiti mühafizə naziri Sindziro Koidzuma doğulacaq uşağına baxmaq üçün məzuniyyətə çıxdığını elan edib.
Gələcək ata ailəsi ilə iki həftəni birlikdə keçirməyi planlaşdırır. Qanunvericilik səviyyəsində hər iki cinsin nümayəndəsi bərabər vəziyyətdə məzuniyyətə gedə bilər, amma praktikada buna rast gəlinmir.
İş burasındadır ki, bu gündoğar ölkənin sakinlərinin işə münasibətdə tamamilə fərqli mentaliteti var: onlar işdən yayınmamağa çalışırlar, çünki əksər hissəsi işgüzardırlar. Ona görə də məzuniyyətə uşağa baxmaq üçün qadınlar çıxırlar. Bundan başqa, Yaponiyada uşağa baxmaqla bağlı məzuniyətə tamamilə fərqli yanaşma var. Məsələn, ailəyə yardım yalnız bir dəfə ödəyirlər və bu valideyn işə qayıdanda baş verir. Bundan başqa, qadın hamiləlik məzuniyyətində olanda da adi ödəmələri (həmkarlar ittifaqı, sığorta və s.) özü odəməlidir. Gənc ananın ehtiyacları üçün ödəniş azdır, buna görə yaponlar məzuniyyətdən tez qayıtmağa çalışırlar. Məzuniyyət vaxtı uşağın bir yaşı tamam olanda qurtarır. Məlumata görə, Koidzuma öz hərəkəti ilə göstərmək istəyir ki, kişilər də uşaq doğulmasına görə məzuniyətə çıxa bilərlər. (lent.az)

DİGƏR XƏBƏRLƏR

Top