Rusiya hökuməti istefaya getdi


Rusiyanın Baş naziri Dimitri Medvedyev Prezident Vladimir Putinin Federal Məclisə verdiyi mesajdan sonra Hökumətin istefa verdiyini açıqlayıb.
Yeniavaz.com Rusiya KİV istinadla xəbər verir ki, V. Putin hökumət nümayəndələrinə “hər şey qaydasında getməsə də” birgə əməkdaşlığa görə təşəkkür edib.
Prezident həmçinin yaxın gələcəkdə Nazirlər Kabinetinin nümayəndələri ilə görüşəcəyini də bildirib və bu müddətdə öhdəliklərini layiqincə yerinə yetirmələrini istəyib.
Qeyd edək ki, bu gün V. Putin Federal Məclisə müraciət edərək ölkə konstitusiyasına dəyişikliklər təklif edib.
Təklifinə əsasən, ölkə prezident respublikası olaraq qalır, lakin idarə sistemində parlamentin rolu artırılır.

DİGƏR XƏBƏRLƏR

Top