MSK DSK-nın qərarını LƏĞV ETDİ


Mərkəzi Seçki Komissiyası Dairə Seçki Komissiyasının (DSK) qərarını ləğv edib. 
Bu barədə MSK-nın bu gün keçirilən iclasında qurumun katibi Arifə Muxtarova bildirib. 
O deyib ki, 35 saylı Xətai üçüncü seçki dairəsindən namizədliyi qeydə alınmayan Abbasov Rauf Çərkəz oğlu MSK-ya müraciət edib.
R.Abbasov müraciətində bildirib ki, həmin DSK onun namizədliyinin qeydə alınmasından əsassız olaraq imtina edib. 
A.Muxtarova isə bildirib ki, MSK-nın ekspert qrupu müraciəti araşdırıb. 
“Qərarda namizədliyin qeydə alınmasından imtina edilmənin səbəbləri göstərilməyib”, - deyə A.Muxtarova söyləyib. 
Müzakirələrdən sonra MSK namizədin qeydə alınmasından imtina edilməsi ilə bağlı DSK-nın qərarını ləğv edib.
İclasda bildirilib ki, həmin dairə xüsusi nəzarətə götürülsün. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top