İrandan təyyarə qəzası ilə bağlı daha bir SƏHV - FOTO


Ukrayna təyyarəsinin vurulması anının görüntülərini paylaşdığı iddiası ilə saxlanılan şəxsin əslində yanlış adam olduğu ortaya çıxıb.
Yeniavaz.com BBC-yə istinadla xəbər verir ki, iranlı jurnalist Nəriman Qərib "twitter" hesabından İran İslam İnqilabı Keşikçiləri Korpusunun yanlış adamı saxladıqlarını deyib. O bildirib ki, Ukrayna təyyarəsinin vurulma anının görüntülərini sosial şəbəkədən ilk dəfə məhz özü paylaşıb. Nəriman Qərib həmin videonu ilk dəfə paylaşanda "bu videonun doğru olub-olmadığını araşdırıram" deyə şərh yazmışdı. İranlı jurnalist Kanada baş nazirinə müraciət edərək problem barədə addım atmaqlarını istəyib. Özünü və onunla birgə hərəkət edən sosial şəbəkə istifadəçilərini isə qəhrəman adlandırıb.

DİGƏR XƏBƏRLƏR

Top