Mingəçevirdə rus bəstəkarının 215 illik yubiley tədbiri keçirilib - FOTOLAR


Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbində dahi rus bəstəkarı M.İ.Qlinkanın 215 illik yubileyi ilə bağlı tədbir keçirilib.
Yeniavaz.com
xəbər verir ki, Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbində dahi rus bəstəkarı M.İ.Qlinkanın 215 illik yubileyi ilə bağlı tədbir keçirilib. Tədbir iştirakçılarına əvvəlcə bəstəkarın həyat və sənət yolu haqqında geniş məlumat verilib.
Daha sonra görkəmli rus bəstəkarının “İvan Susanin” operasından “Slavsya” xoru, “Tarantella” mahnısı, “Mazurka” rəqsindən, “Kamarinskaya” fantaziyasından, “Ruslan və Lyudmila” operasından parçalar, eləcə də “Vida valsı” səsləndirilib.


Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top