Almaniya, İngiltərə və Fransadan İrana qarşı addım – "Cavabsız buraxmayacağıq"

 
Almaniyanın Xarici İşlər naziri Hayko Mas İranın nüvə strategiyası ilə bağlı açıqlama verib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Almaniya İngiltərə və Fransa İranın nüvə razılaşmalarına əməl etməməsi səbəbilə ixtilaflı məsələlərin həlli üçün yeni müzakirə mexanizminə keçiblər. Almaniyanın Xarici İşlər naziri Hayko Mas mövzu ilə bağlı açıqlamasında "İranın nüvə razılaşmasına əməl etməməsini cavabsız buraxa bilməzdik, bizim əsas istəyimiz razılaşmanı qoruyub saxlamaqdır" deyib. İran isə məsələ ilə bağlı bildirib ki, hər üç ölkə yeni müzakirə mexanizmini istismar edərsə ağır nəticələri ilə üzləşməli olacaqlar.
Qeyd edək ki, 2015-ci ildə İran, Çin, Fransa, Almaniya, Rusiya, İngiltərə və Avropa Şurası arasında Tehranın nüvə strategiyasının tənzimlənməsi və nəzarət altına alınması istiqamətində razılıq əldə edilmişdi. Əgər yeni müzakirə mexanizmi də dayandırılarsa, 2015-ci ildə əldə edilən nüvə razılaşması qüvvədən düşəcək. 
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top