Bir gecədə iki xəstənin öldüyü institutun direktoru: Bu məlumatı hansısa yaramaz sizə ötürüb


Xəbər verdiyimiz kimi, bu gün Ağciyər Xəstəlikləri İnstitutunda iki ölüm hadisəsi qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, məsələ ilə bağlı unikal.org-a açıqlama verən Ağciyər Xəstəlikləri İnstitutunun yeni direktoru Həqiqət Qədirova bildirib ki, ağır xəstələrin ölməsi normal hadisədir:
“Bu məlumatı hansısa yaramaz bir sensassiya kimi sizə ötürüb. Belə ölüm hadisələri olur. Amma bu, o demək deyil ki, onlara baxış yoxdur. Onlar hər ikisi ağır xəstə olublar.
Bizdə ölüm komissiyası var. Bunların da ölüm səbəbləri araşdırılacaq. Onların hansı səbəbdən ölmələrini isə sizə deyə bilməyəcəm. Bu həkim sirri məsələsidir”.

DİGƏR XƏBƏRLƏR

Top