İrandan ABŞ-la bağlı yeni açıqlama - "Tramp Süleymanini 7 ay əvvəl..."


İran prezidenti Həsən Ruhani və Xarici İşlər naziri Cavad Zərif gündəm olacaq açıqlamalar verib.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, İran prezidenti Həsən Ruhani yeni çıxışında ABŞ-ın mərkəzi asiyanı tərk etməli olduğunu deyib: "Mərkəzi Asiyadakı gərginliklərin səbəbi ABŞ-dır. Bu səbəbdən ABŞ-ın bütün hərbi qüvvələri bu bölgədən getməlidir".
İranın Xarici İşlər naziri Cavad Zərif isə çıxışı zamanı ABŞ-İran arasındakı gərginlikdən danışıb: "İŞİD-lə mübarizə istiqamətində atdığımız addımlar Süleymaninin öldürülməsi ilə olduqca zəiflədi. Həmçinin qeyd edim ki, Tramp Süleymanini 7 ay əvvəl öldürmək qərarına gəlib və bu barədə göstəriş verib".
Ukraynaya məxsus sərnişin təyyarəsinin səhvən İran tərəfindən vurulması barədə də danışan Zərif, "insanlar gərgin anlarda bağışlanmaz xətalar edə bilir", - deyib.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top