Ermənistanın baş naziri Nikol Paşinyan Respublikanın İstintaq Komitəsinə çağırılıb.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, Ermənistanın baş naziri Respublikanın İstintaq Komitəsinin rəhbəri Hayk Qriqoryanın sullarını cavablandırıb.
Sorğu-sualın 40 dəqiqə davam etdiyi bildirilir. Nikol Paşinyan Respublikanın İstintaq Komitəsindən çıxan zaman bildirib ki, onu hansı səbəbdən bura dəvət etdiklərilə bağlı ictimaiyyətə geniş açıqlama verəcək.
Nikol Paşinyan sosial şəbəkə hesabında paylaşdığı "status"da isə qeyd edib ki, vəzifədə olan ilk hökumət başçısıyam ki istintaqa cəlb olunuram.