Ən çox bahalanan məhsulların SİYAHSI - RƏSMİ


Yola saldığımız 2019-cu ildə inflyasiya səviyyəsi 2,6% olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, 2018-ci ilə nisbətən cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiyməti 3,8%, qeyri-ərzaq mallarının qiyməti 1,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiyməti isə 2% artıb.
2019-cu ilin dekabr ayında isə noyabr ayı ilə müqayisədə ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiyməti 1,1%, qeyri-ərzaq malları və əhaliyə göstərilən ödənişli xidmətlərin qiyməti isə 0,1% bahalanıb.
Ötən ilin dekabr ayında əvvəlki ayla müqayisədə düyünün, manna və qarabaşaq yarmasının, vermişelin, spagettinin, mal və qoyun ətinin, təzə və dondurulmuş balığın, kolbasa məmulatlarının, pasterizə olunmamış üzlü südün, pendirin, yumurtanın, kəsmiyin, günəbaxan yağının, bananın, almanın, armudun, narın, xurmanın, üzümün, fındığın, kələmin, xiyarın, pomidorun, balqabağın, bibərin, badımcanın, sarımsağın, soğanın, kartofun, limonadın qiymətlərində bahalaşma, unun, toyuq ətinin, yoqurtun, xamanın, kərə, zeytun və qarğıdalı yağlarının, limonun, portağalın, naringinin, heyvanın, kivinin, qozun, şabalıdın, çuğundurun, yerkökünün, şəkər tozunun, çayın, energetik içkilərin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2019-cu ilin dekabr ayında noyabr ayına nisbətən qeyri-ərzaq mallarından parçaların, geyim və ayaqqabıların, xalça və digər döşəmə örtüklərinin, mebel və ev əşyalarının, divar kağızlarının, yağlı və sulu boyaların, soyuducuların, velosipedlərin, tozsoranların qiymətlərində bahalaşma, kondisionerlərin, mobil telefonların, televizorların, kəsilmiş taxtanın, toz şəklində sintetik yuyucu vasitələrin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ötən ilin dekabr ayında noyabr ayı ilə müqayisədə əhaliyə göstərilən ödənişli xidmətlərdən paltarların təmizlənməsi, təmiri və kirayəsi, məişət cihazlarının təmiri, bərbərxana, kosmetoloji və tibbi xidmətlərin, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin, dəmiryolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, mənzillərin icarə haqqının qiymətləri bahalaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top