Ukrayna təyyarəsinin vurulma anını qeydə alan şəxs saxlanılıb


İran Ukraynaya məxsus sərnişin təyyarəsinin vurulma anını videoya çəkən şəxsin saxlanıldığını açıqlayıb.
Yeniavaz.com BBC-yə istinadla xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu Tehranda sərnişin təyyarəsinin raketlə vurulduğu anı qeydə alan şəxsi saxlayıb. Həmin şəxs təyyarə qəzası barədə sorğu-sual olunduqdan sonra araşdırma aparılacaq.
Qeyd edək ki, 180 nəfərin ölümünə səbəb olan təyyarə qəzasını qeydə alan şəxs həmin görüntüləri Səudiyyə Ərəbistanına yaxınlığı ilə bilinən televiziya kanalına göndərmişdi.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top