Tanınmış aparıcıdan ŞOK İDDİA: "Özünü dövlət işçisi kimi təqdim edib, 600 manat istəyib"


"İki gün öncə ANA XƏBƏR-də yardıma ehtiyacı olan xəstə qızla bağlı sujet təqdim etmişdim. Bu zaman bir namərd adam qeyd olunan nömrələrdən birinə zəng edərək, ailəyə deyib ki, mənə 600 manat verin, bəzi qurumların sizə yardım etməsinə kömək olum, fırıldaqçı şəxs özünü dövlət işçisi adlandırıb, ailəyə deyib ki, heç olmasa 450 manat ver, özü də təcili".
Yeniavaz.com xəbər verir ki, bu sözləri “Space” televiziyasının xəbərlər departamentinin rəhbəri və xəbər aparıcı Elvin Basqallı bildirib.
“İki gün öncə ANA XƏBƏR-də bir yardıma ehtiyacı olan xəstə qız haqqında sujet təqdim etdim. Bu vaxta qədər gördüyüm ən acınacaqlı vəziyyətdə olan xəstə idi. Gənc qızı avtomobil vurduqdan sonra heç kimi tanımır, yemək yeyə bilmir, qıcolması var, beyninin sümüyü qarnına qoyulub, beyni axdığı üçün 15 dəqiqədən bir başını sağa-sola tərpədirlər. Bütün yardıma ehtiyacı olan xəstələr kimi bu qızın ailəsinin də əlaqə nömrəsini ekranda qeyd etdik. Yardım etmək istəyən insanlarla yanaşı bir namərd adam da həmin nömrələrdən birinə zəng edərək, ailəyə deyib ki, mənə 600 manat verin, bəzi qurumların sizə yardım etməsinə kömək olum, fırıldaqçı şəxs özünü dövlət işçisi adlandırıb, ailəyə deyib ki, heç olmasa 450 manat ver, özü də təcili” – deyə, aparıcı qeyd edib.
O, eyni zamanda həmin şəxslə əlaqə saxladığını da bildirib: "Özünü Elşən Paşayev kimi tədqim edən şəxs zəng edib. Həmin nömrəyə yığdım, danışdım, çətinliklə də olsa etiraf etdi. Amma yəqin ki, çox ağır xəstəsi olan, ehtiyaclı bir ailəyə yığılan yardıma göz dikən, qurumların adından istifadə edənlər təcili cəzalandırılmalıdır".
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top