Bakı-Sumqayıt yolundakı "kamikadze" tutuldu - VİDEO

Xəbər verdiyimiz kimi, yanvarın 13-də “Opel” markalı, 10-VB-212 dövlət nömrə nişanlı avtomobil Bakı-Sumqayıt avtomagistralında əks yol çıxaraq, hərəkətin digər iştirakçılarına təhlükə yaradıb. 

Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev açıqlama verib. 

Onun sözlərinə görə, Bakı-Sumqayıt avtomagistralında əks yol çıxaraq, hərəkətin digər iştirakçılarına təhlükə yaradan sürücü saxlanılıb.

R.Quliyev bildirib ki, videogörüntülərə baxış keçirilib, dərhal zəruri tədbirlər görülüb:

“Opel” markalı, 10-VB-212 dövlət nömrə nişanlı avtomobilin sürücüsü saxlanılıb. O, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunub”.


(oxu.az)
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top