Ukrayna təyyarəsinin vurulmasının yeni görüntüləri - 30 saniyədə iki raket - VİDEO


"New York Times" Ukraynaya məxsus sərnişin təyyarəsinin İran tərəfindən vurulmasının yeni görüntülərini yayımladı.
Yeniavaz.com "New York Times"a istinadla xəbər verir ki, Tehrandan uçan təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra İrandan atılan raketlə vurulur. Bu vaxt təyyarənin transponderi (siqnal ötürücü sistem) sıradan çıxır. Ancaq, təyyarə uçmağa davam edir. Bundan 23 saniyə sonra ikinci raket atılır. Bu vaxt təyyarə şiddətli partlayışla yerə çırpılır.
Qeyd edək ki, İran Tehrandan Kiyevə uçan təyyarəni səhvən raketlə vurmuşdu. Hadisə nəticəsində 180 nəfər dünyasını dəyişmişdi.


Ruslan Yusibov

 

DİGƏR XƏBƏRLƏR

Top