Vilayət Eyvazov yeni rəis təyin etdi - ƏMR


Bakı şəhər Baş Polis İdarəsində yeni təyinat olub.

Polis polkovniki Nazim İsmayılov Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) İstintaq və Təhqiqat İdarəsinin rəisi vəzifəsindən azad olunaraq, Bakı şəhər BPİ-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Təyinatla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Məlumatı Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev təsdiqləyib.

DİGƏR XƏBƏRLƏR

Top