İcra başçısı haqqında yayılan xəbərlərə reaksiya verdi


Lənkəran şəhər icra hakimiyyətindən icra başçısı Taleh Qaraşov haqda yayılan xəbərlərə reaksiya verilib.

Yeniavaz.com xəbər verir ki, İH-nin mətbuat xidmətindən “Yeni Sabah”a daxil olan açıqlamada bildirilir ki, Lənkəran rayon sakini Heydərli Babək Xeybər oğlu "DOST İş Mərkəzi”ndə işə göturulüb, 1984-cü il təvəllüdlü, orta təhsilli Heydərli Babək ailəlidir, 3 azyaşlı uşağı var. 

“Lənkəran Rayon Məşğulluq Mərkəzindən verilən məlumata əsasən vətəndaş 2019-cu ilin yanvar ayında mərkəzə iş axtaran kimi müraciət etmiş və  Əmək müqaviləsi bildirişləri elektron informasiya sistemində vətəndaşın vergi ödəyicisi olub olmaması barədə məlumat aşkar edilmədiyindən 01.03.2019-cu il tarixdən “DOST İş Mərkəzi” MMC tərəfindən “sosial işçi” kimi işə götürülmüşdür.  

Vətəndaş “DOST İş Mərkəzi” MMC tərəfindən işə göturulən zaman sənədləşməyə görə İcra hakimiyyəti məsuliyyət daşımır.  Vətəndaşın əməkhaqqı kartı İcra başçısında olması tamamilə əsassızdır və heç bir reallığı əks etdirmir. Vətəndaş işə daxil olduğu gündən müntəzəm olaraq işinə davam etmiş və verilən tapşırıqları vaxtında  icra etmişdir. Ərazidə yaşayan sakinlər bunu təsdiq edə bilər. 

Eyni zamanda araşdırma nəticəsində məlum oldu ki, B.Heydərli 03 yanvar 2019-cu il tarixdə "LƏNKƏRAN CİTY TRAVEL" MMC açsa da, sənədləşmə işlərin tamamlamadığı üçün bu günədək heç bir fəaliyyəti olmamışdır”.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top