Boris Conson Şotlandiyanın müstəqilliklə bağlı referendum tələbini rədd edib


Britaniya Şotlandiyanın müstəqilliklə bağlı referendum tələbini yenidən rədd edib.

Boris Conson Şotlandiya Baş naziri Nikola Störjenin müstəqilliklə bağlı referendum tələbini rədd edib.

Boris Conson tərəfindən N.Störjenə ünvanlanan məktubda qeyd edilib ki, müstəqillik referendumu səbəbindən Şotlandiyanın son on ildəki siyasi durğunluğu davam edəcək, bu da öz növbəsində təhsil, səhiyyə və iş yerlərində mənfi nəticələrə gətirib çıxaracaq.

Qeyd edək ki, 2014-cü ilin 18 sentyabrında Şotlandiyada keçirilmiş referendumda şotlandların Böyük Britaniyanın tərkibində qalıb-qalmamaları ilə bağlı fikirləri öyrənilib və 55,3 faiz seçici Şotlandiyanın Büyük Britaniyanın tərkibində qalmasına səs verib.//APA

DİGƏR XƏBƏRLƏR

Top