BNA sığorta şirkətinə 3,8 milyon manat ödəyəcək - SƏBƏB


Bakı Nəqliyyat Agentliyi (BNA) "Qala Sığorta" ASC ilə 3 milyon 817 min 998 manat 28 qəpik dəyərində müqavilə imzalayıb.
Yeniavaz.com xəbər verir ki, BNA-nın elan etdiyi tender müsabiqəsinin qalibi "Qala Sığorta" ASC olub.
BNA 07.01.2020 tarixindən 07.01.2021-ci il tarixinə kimi "Qala Sığorta" ASC-yə
- "Avtonəqliyyat Vasitəsinə Dəymiş Zərərin Könüllü (Avtokasko) Sığortası xidməti" üçün 3 milyon 215 min 929,42 manat, 
- "Avtonəqliyyat vasitələrinin (avtobuslarının) Sahiblərinin Mülki Məsulliyyətinin İcbari Sığortasından artıq olan hissəsi üçün Avtonəqliyyat Vasitəsi Sahiblərinin Mülki Məsuliyyyətinin Könüllü Sığortası xidməti" üçün 52 min manat,
- "Üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası xidməti" üçün 60 min manat,
- "Əmlakın yanğın və digər əlavə risklərdən könüllü sığortası xidməti" üçün isə 490 min 68,86 manat ödəyəcək.

A. Cəfərov
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top