Elektrik enerjisi və təbii qazı xaricə neçəyə satırıq? - RƏSMİ


2019-cu ildə Azərbaycandan xarici ölkələrə 12 milyard 537 milyon 405 min kubmetr təbii qaz ixrac edilib. 
Yeniavaz.com Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatlara istinadən bildirir ki, bu həcmdə təbii qazın dəyəri 2 milyard 366 milyon 834 min dollara bərabər olub. Bu isə o deməkdir ki, xaricə satılan elektrik enerjisinin 1 kubmetrinin gömrük dəyəri 19 sent və ya mövcud məzənnə ilə (1,70 $/azn) hesablandığı zaman 32 qəpik təşkil edib. Son bir ildə ixrac olunan təbii qazın dəyəri dəyişməz qalıb. 2019-cu ildə olduğu kimi 2018-ci ildə də xaricə satılan təbii qazın 1 kubmetrinin qiyməti 19 sent (32 qəpik) olub.
Təbii qazdan fərqli olaraq ötən il xaricə satılan elektrik enerjisinin qiyməti 2018-ci illə müqayisədə bir qədər aşağı düşüb. Ötən il xaricə satılan 1 kv/saat elektrik enerjisinin qiyməti 4,3 sent və ya 7 qəpik təşkil edib. 2018-ci ildə isə xaricə satılan 1 kv/saat elektrik enerjisinin gömrük dəyəri 4,3 sent və ya 8 qəpik olub. Bu isə daxili bazarda satılan elektrik enerjisinin qiymətindən ucuzdur. Bildiyimiz kimi elektrik enerjisinin daxili bazardakı qiyməti 11 qəpiyə (limitdən artıq olduqda) bərabərdir.
Məlumat üçün qeyd edək ki, ötən il xarici ölkələrə 1 milyard 770 milyon 642 min kv/saat elektrik enerjisi ixrac edilib. Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatlara görə, bu həcmdə elektrik enerjisinin dəyəri 76 milyon 828 min dollara bərabər olub.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top