Pakistanın Azərbaycandakı səfirliyindən Ermənistanla bağlı AÇIQLAMA


“Pakistanın Ermənistanla bağlı mövqeyində dəyişiklik yoxdur”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfirliyinin yaydığı açıqlamada bildirilib.
“2020-ci il yanvarın 10-da Azərbaycan yerli xəbər saytında Pakistanın Ermənistanla diplomatik əlaqələr qurmasını nəzərdən keçirdiyini iddia edən xəbər dərc olunub. Səfirlik Pakistanın Ermənistanı dövlət kimi tanıması ilə bağlı mövqeyində dəyişiklik olmadığını bəyan edir və əsassız olduğu üçün bu xəbəri təkzib edir”, - deyə açıqlamada qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Top