İTV-də debat olmayacaq - Ödənişsiz efir hüququ ancaq YAP-a aiddir


Növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqat aparmaq məqsədilə ödənişsiz efir vaxtı və məlumat dərc etmək üçün kütləvi informasiya vasitələrində yer ayrılıb.

Mərkəzi Seçki Komissiyasının bu barədə yayımladığı xəbərə görə, namizədlər üçün İctimai Televiziya və Radio Yayımları Şirkəti, "Azərbaycan” qəzeti, "Xalq qəzeti” və "Bakinski raboçi” qəzetində ödənişsiz efir vaxtı müəyyən olunub.

Budəfəki seçkilərdə İctimai Televiziyanın efirində qarşılıqlı debatlar olmayacaq.

Bunun səbəbi isə ödənişsiz efir hüququnu yalnız hakim Yeni Azərbaycan Partiyasının (YAP) qazanmasıdır. Belə ki, ödənişsiz efir hüququ seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiya və təşkilata verilir. Bu şərti yerinə yetirə bilən isə yalnız YAP olub. Nəticədə, opponent olmadığı üçün efirdə debat təşkil olunması da mümkün deyil. Beləliklə, bu il İctimai Televiziyanın efirində namizədlərin debatı olmayacaq. (Modern.az)

DİGƏR XƏBƏRLƏR

Top