Tanınmış jurnalistin oğlu Beynəlxalq Olimpiadada qızıl medal qazandı


Xəbər verdiyimiz kimi, Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında Azərbaycanı təmsil edən məktəblilər növbəti uğura imza atıblar.

Yeniavaz.com xəbər verir ki, 20 ölkədən 588 nəfər şagirdin iştirak etdiyi olimpiadada informatika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Abutalıb Namazov qızıl, Murad Eynizadə gümüş və Gəncə şəhər 15 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıb. 

Qeyd edək ki, İnformatika fənni üzrə qızıl medal alan Abutalıb Namazov tanınmış jurnalist Şahvələd Çobanoğlunun övladıdır.


Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top