Mingəçevir şəhərinin “Qələbə” meydanı ərazisində mikroavtobus qəzaya uğrayıb.
Yeniavaz.com xəbər verir ki, “Hundai Elantra” markalı maşın 7 saylı xətt üzrə hərəkət edən mikroavtobusla toqquşub. Toqquşmanın təsirindən mikroavtobus aşıb. Qəza nəticəsində bir neçə nəfər xəsarət alıb. Onlardan 1960-cı il təvəllüdlü Qocayeva Taliyə Ağalar qızı, 2004-cü il təvəllüdlü Məmmədova Aydan Elsevər qızı və 1996-cı il təvəllüdlü Əhmədova Türkan Talib qızı yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Esmira Hidayətova, Mingəçevir