İranda etirazlar güclənir - Tanınmış siyasətçinin oğlu həbs edildi


İranda hökumətə qarşı etiraz aksiyalarına dəstək verən şəxslər həbs edilib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, İranda davam edən etiraz aksiyalarına dəstək verən müxalifət lideri Mehti Kerrubinin oğlu Hüseyin Kerrubi həbs edilib.
Qeyd edək ki, Mehti Kerrubi və ailəsi də İranda 2009-cu ildə keçirilən prezident seçkilərinə etiraz etdikləri üçün həbs edilmişdi. Xatırladaq ki, İranın Ukrayna təyyarəsini səhvən vurmasını etiraf etməsindən sonra ölkədə hökumətə qarşı etiraz aksiyaları başlayıb. İran polisi isə etirazlara sərt müdaxilə edir.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top