Dövlət başçıları gündə neçə saat yatır? - SİYAHI


Yuxu insan həyatında mühüm yer tutur və orta hesabla insanlar həyatlarının üçdə birini yuxuda keçirir. Lakin zaman-zaman mətbuatda dövlət başçılarının daha az yatması barədə məlumatlar yayılır.
Yeniavaz.com xəbər verir ki, "Sputnik" agentliyi dövlət və hökumət başçılarının gün ərzində neçə saat yatması barədə məlumat paylaşıb.
Məlumatda bildirilir ki, ABŞ prezidenti Donald Tramp gün ərzində cəmi 4 saat yatır. Tramp adətən axşam saat 01:00-da yatır və səhər saat 5:00-da oyanır.
Almaniya kansleri Angela Merkelin də Tramp kimi gün ərzində təxminən 4 saat yatdığı bildirilir.
Rusiya Prezidenti Vladimir Putin isə Tramp və Merkeldən bir qədər çox - gün ərzində 5-6 saat yatır.
Fransa prezidenti Emmanuel Makronun daha az yatdığı qeyd olunur. Yayılan məlumatda qeyd olunur ki, Makron sutka ərzində orta hesabla 3 saat yata bilər.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da adı az yatan liderlər arasında yer alır. Məlumata görə Türkiyə prezidenti gündə orta hesabla 6 saat yatır.
İngiltərənin baş naziri Boris Consonun isə gündə 5 saatdan az yatdığı bildirilir.
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top