İrandan raketlə vurulan sərnişin təyyarəsi ilə bağlı YENİ AÇIQLAMA


İranın hökumət sözçüsü Əli Rəbi raktelə səhvən vurulan Ukrayna təyyarə barədə yeni açıqlama verib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Əli Rəbi Ukrayna təyyarəsinin raketlə vurulduğu faktının əvvəl hökumətdən gizlədildiyini bildirib: "Biz yalançılıq və hadisəni gizlətməkdə günahlandırıldıq. Ancaq, həqiqətdə məsələ fərqli idi. Biz yalan danışmadıq, faciə ilə bağlı dövlət başçısına və rəsmi şəxslərə məlumat verilmədi. Prezident Həsən Ruhani təyyarənin raketlə vurulduğu xəbərini öyrəndiyi vaxt, İran Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı və xəbəri dünyaya çatdırdı".
Qeyd edək ki, bir neçə gün əvvəl İran səhvən Ukrayna sərnişin təyyarəsini vurmuşdu. Hadisə nəticəsində 180 nəfər dünyasını dəyişmişdi.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top