Bakıda yük avtomobili kişinin üzərindən keçib, bədəni hissələrə ayrılıb


Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Hadisə Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbədə yerləşən “Rəşad” yanacaqdoldurma məntəqəsinə yanacaq gətirən yük avtomobili Buzovna qəsəbə sakini, 1973-cü il təvəllüdlü Ağayev Mayil Ağəli oğlunun üzərindən keçib. 

Nəticədə A. Mayilin bədəni hissələrə ayrılıb.

Meyit aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. //Report

DİGƏR XƏBƏRLƏR

Top