İranın raket hücumundan Amerika qoşununu Səddam Hüseynin bunkeri xilas edib - FOTOLAR + VİDEO


Amerikalı serjantın etirafı: “Dünyada heç kəs və heç zaman belə qorxu keşirməyib”

ABŞ qoşunları İranın raket hücumu zamanı Səddam Hüseyn dövründən qalma bunkerlərə sığınıb. “CNN ”in yaydığı xəbərdə belə deyilir.

Qeyd olunur ki, İranın hücumundan sonra bir hissəsi viran qalan bazaya ilk daxil olan media orqanı da “CNN” olub.

Əl-Əsəd aviabazası yanvarın 8-də raket atəşinə tutulub. “CNN” bildirir ki, hər bir raketdə olan partlayıcının çəkisi yarım tondan çox olub. Hücum zamanı kimsənin ölməməsi və yaralanmaması möcüzə sayıla bilər.

Serjant Akeem Ferguson, deyir: "Həyəcan içində gözləyirdim. Düşünürdüm ki, nə olursa olsun, tez olsun. Mən ölməyə 100% hazır idim".

A picture of the destruction left at Al-Asad base.

Bəllidir ki, bu bazada yerləşən Amerika qoşunları İŞİD-ə qarşı mübarizədə İraq təhlükəsizlik qüvvələrinə hərbi təlim keçirlər. Hücum zamanı heç bir İraq əsgəri də zərər görməyib.

Təəssüf ki, “CNN” hücum zamanı bazada nə qədər ABŞ və İraq hərbçisinin olması haqqında bir söz demir. Ancaq kanalın yaydığı video-görüntüdə xeyli hərbçinin yeməkxanada növbəyə dayandığını görmək olar.

Məqalədə qeyd olunur ki, raketlərdən birinin düşdüyü yerdə 2 metr dərinlikdə və təxminən 3 metr diametrdə çala yaranıb.

US city road signs outside a housing unit, left intact after the attack.

O da maraqlıdır ki, hücumdan xeyli qabaq-yanvarın 7-də axşam saat 11-də belə bir hücumun olacağı barədə Amerika tərəfinin dəqiq məlumatı olub. İran tərəfi hesab edir ki, bu məlumatı İraq Amerikaya ötürüb. Ancaq ABŞ bu ehtimalı yaxın qoymur və iddia edir ki, bu məxfi məlumatı öz kəşfiyyatı vasitəsi ilə əldə edib. Ona görə də raketlər bazaya atılmamışdan 2 saat öncə Amerika hərbçiləri artıq bunkerdə idi. Hücum isə yanvarın 8-də səhər erkən-saat 1:34-də başlayıb və saat 4-də başa çatıb.

Saddam-era bunkers where US troops sheltered from attack.

Sergeant Ferguson sits between charred metal at the site of the destroyed housing unit for drone pilots and operators.

Təbii ki, Amerika tərəfi bu hücumla bağlı məlumatlı olmasaydı hər şey başqa cür ola bilərdi. Xüsusən nəzərə alsaq ki, bu baza raket hücumunda müdafiə olunmaq üçün nəzərdə tutulmayıb və tikinti zamanı da bu məqam nəzərə alınmayıb.

Bazaya atılan 11 raketdən 10-u hədəfə çatıb. Raketlərin biri isə xeyli kənara düşüb.

Serjant Akeem Ferguson “CNN”ə deyib: “Ətrafa baxırsan və fikirləşirsən ki, hara qaça bilərəm. Mən heç kimə bu səviyyədə qorxu hissi yaşamağı arzu etmirəm. Əminəm ki, dünyada heç kəs və heç zaman belə bir qorxu hissi keçirməyib”.//musavat.com

DİGƏR XƏBƏRLƏR

Top