Milli komandanın futbolçusunun toyunda "Vağzalı" əvəzinə Çempionlar Liqası himni səsləndi - VİDEO

Qadınlardan ibarət Azərbaycan millimi komandasının futbolçusu Manə Mollayevanın toyunda maraqlı anlar yaşanıb.

"Ryazan" (Rusiya) klubunun 21 yaşlı futbolçusunun toy mərasimində bəy-gəlin meydana daxil olub tort kəsərkən UEFA Çempionlar Liqasının himni səsləndirilib. Mərasim Bakıdakı şadlıq saraylarının birində keçirilib.

Qeyd edək ki, M.Mollayeva kişilərdən ibarət əsas yığmanın inzibatçısı Əli Davudovla ailə həyatı qurub.


yenisabah.az

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top