İranda hökumətə qarşı etirazlar davam edir – VİDEO


İranın Ukrayna təyyarəsini vurduğunu etiraf etməsindən sonra başlayan etiraz aksiyaları 3 gündür davam edir. 
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, İranda əhali "istefa" şüarları altında küçələrə axışıblar. Bütün qəzetlər ağ-qara dərc edilib. Etirazçılar ölkənin ali dini lideri Xameneyi də daxil olmaqla faciəyə səbəb olan bütün dövlət rəsmilərini istefa etməyə çağırıb. İranda dərc olunan qəzetlərdən biri isə təyyarənin quyruğunda ölən şəxslərin adlarını qeyd edərək yayımlayıb. Digər bir qəzət isə ilk səhifəsində böyük hərflərlə "Utanın" yazıb. İranda müzakirə olunan mövzulardan biri də hücumun olduğu gün nə üçün Ukrayna təyyarəsinə uçmağa icazə verildiyidir.
Qeyd edək ki, İran qanadlı raket olduğunu zənn edərək Ukraynadan uçan sərnişin təyyarəsini vurmuşdu. Hadisə nəticəsində 180 nəfər dünyasını dəyişmişdi.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top